“Simurq”dan 2 müqavilə
14.05.2012 - 14:02
“Simurq” 2 futbolçu ilə müqavilələrinin müddətini artırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yeni sazişə əsasən müdafiəçilər İlkin Qırtımovla, Aleksandr Şemonayev növbəti mövsümün sonuna qədər komandanın formasını geyinəcək.
Hər iki futbolçu Zaqatala futbol məktəbinin yetirmələridir. Gənc futbolçu Qırtımov 2009-cu ildən "Simurq"da karyerasını davam etdirir. 2011/2012-ci il mövsümündə 2070 dəqiqə meydanda mübarizə aparan “2” nömrə bu ildən həm də 21 yaşlılardan ibarət Azərbaycan yığmasına dəvət olunub. Şemonayev isə 2011-ci ildən "Simurq"un heyətinə cəlb olunub və komandanın əvəzedilməz oyunçularından birinə çevrilib.

0
0