İntizamsız “Rəvan”dan çıxdı
14.05.2012 - 14:25
İntizamsız “Rəvan”dan çıxdı
Azərbaycan Premyer Liqasının 2011/12 mövsümündə hakimlər 60 qırmızı vərəqə göstərib. Apasport.az saytının məlumatına görə, çempionatın ən intizamsız futbolçusu adını “Rəvan”ın rusiyalı futbolçusu Taqim Novruzov olub.

Milliləşən dağıstanlı 32 tur ərzində 3 dəfə meydandan qovulub. Daha 5 futbolçu 2 dəfə qırmızı vərəqə alıb. Belə oyunçuların ikisi “Simurq”un üzvüdür. Ümumilikdə isə 52 oyunçu belə cəzaya məruz qalıb.

Taqim Novruzov (“Rəvan”)3
Viktor İqbekoyi (AZAL), Ceyhun Sultanov (“Kəpəz”), Mahir Şükürov (“Qəbələ”), İlkin Qırtımov, Vasili Yanotovskiy (hər ikisi “Simurq”)2


Premyer Liqada çıxış edən komandaların heç biri qırmızı vərəqədən qaça bilməyib. Lakin çempion “Neftçi” və 2 autsayder – “Turan”la “Sumqayıt” hamıdan az qırmızı vərəqə alıb. Ən çox cəzalananların da sayı 3-dür. Taqimin komandası “Rəvan”la yanaşı, “Kəpəz” və “İnter”in də futbolçuları 7 dəfə meydanı vaxtından əvvəl tərk edib.

“Rəvan”, “İnter, “Kəpəz”, 7
“Qəbələ”, “Xəzər Lənkəran”6
AZAL, “Simurq”5
“Bakı”, “Qarabağ”4
“Neftçi”, “Sumqayıt”, “Turan”3