Ramin Musayev: Yəqin ki, “Sumqayıt” Premyer Liqada qalacaq
14.05.2012 - 14:55
“Premyer Liqadan gedən və ya gələn komandalarla bağlı hələ heç nə fikirləşmirəm. Hazırda bütün diqqətimi mövsümə mayın 17-də yekun vuracaq Azərbaycan kubokunun final oyununa yönəltmişəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Premyer Liqada mübarizə hələ ötən şənbə başa çatsa da, hansı komandaların I dəstəyə düşəcəyi, onları hansı komandaların əvəzləyəcəyi hələ dəqiqləşməyib.
Çempionatın reqlamentinə görə, 12-ci yeri tutan “Sumqayıt” I diviziona düşməli, onu orada qalib olan “Qarabağ Lökbatan” əvəzləməlidir. 11-ci yeri tutan “Turan” isə I dəstədə mövsümü 2-ci pillədə başa vuran “Neftçala” ilə pley-off oyunu keçirməlidir.
Ancaq problem ondadır ki, AFFA-nın Lisenziyalaşdırma Qrupu I divizionun bir sıra klublarına Premyer Liqada oynamaqla bağlı şərtlərə cavab vermədiklərindən, lisenziya verməyib.
Elə Musayev də məsələnin hələlik açıq qaldığını və lisenziyası olmayan klubların Premyer Liqada oynamayacağını bildirdi: “Bildiyiniz kimi, AFFA-nın Lisenziyalaşdırma Qrupunun yaxında keçirilən iclasında bununla bağlı qərar çıxarıldı. Orada lisenziyası olmayan klubların Apelyasiya Komitəsinə şikayət vermək hüquqlarının olduğunu və bununla bağlı konkret vaxt göstərilmişdi. Bunu edib-etməmək klubların işidir. Onlar bununla maraqlanmalıdır, mən yox. 2-ci yeri tutan “Neftçala”nın lisenziyası olacaqsa, “Turan”la pley-off oyunları keçiriləcək. Əks təqdirdə, bu matçlar olmayacaq. “Qarabağ Lökbatan”ın lisenziyası yoxdursa, Premyer Liqada oynamayacaq. Yəqin ki, bu halda 12-ci yeri tutan “Sumqayıt” Premyer Liqada qalacaq”.
Qeyd edək ki, pley-off oyunlarının keçirilməyinə qərar verilərsə, bu, Bakıda “Avrovizion” beynəlxalq mahnı müsabiqəsindən sonra – mayın axırı-iyunun əvvəlində olacaq.
Mehman SÜLEYMANOV

0
0