“Bahodir Nasimov bombardir olmağa layiq idi”
14.05.2012 - 15:26
“Bahodir Nasimovu Azərbaycan çempionatının bombardiri olmağı münasibətilə təbrik edirəm”. Bunu apasport.az saytına açıqlamasında keçən il Premyer Liqanın bombardiri olan Georgi Adamiya deyib.
Ölkəmizdə çıxış etdiyi 7 ildə həmişə çempionatımızın medalçısı olan 31 yaşlı gürcü hücumçu bu dəfə əliboş qaldı. Belə ki, onun şərəfini qoruduğu “Qarabağ” çempionatı 4-cü yerdə bitirdiyindən, mükafatçılar sırasına düşə bilmədi.
Bunu qismətlə əlaqələndirən Adamiyanın özü üçün də yenicə başa çatan çempionat uğursuz oldu. Belə ki, ötən il 18 qolla bombardir olan hücumçu bu çempionatda cəmi 7 dəfə fərqləndi. Əvəzində “Neftçi”nin özbək hücumçusu Bahodir Nasimov zədə üzündən çempionatın son oyunlarını buraxsa da, 16 qolla liderliyini əldən vermədi və bombardir oldu.
Adamiya təbriklərini çatdırdığı özbək həmkarının uğurunu layiqli sayır: “Nasimov bombardir olmağa layiq idi. O, cari çempionatda yaxşı oyun göstərərək, çox qol vurdu. Əslində, Bahodir ölkəmizdə debüt mövsümündə də “Neftçi”nin heyətində çox fərqlənmişdi. Onda da bombardirliyə yaxın olsa da, buna nail ola bilməmişdi. İndi isə bu uğuru qazandı. Özümə gəlincə, hər halda, mən də bombardir olmuşam”.
Qeyd edək ki, Nasimovu ötən il bombardirlik yarışında sonda məhz Adamiya “Neftçi”yə 3:0 hesabı ilə qalib gəldikləri ev oyununda etdiyi het-triklə keçdi.
Mehman SÜLEYMANOV

0
0