“İndi elə vaxtdır ki, hərənin adını bir klubla çəkirlər”
14.05.2012 - 16:21
“Rəvan”ın mənimlə maraqlandığını eşitmişəm. Məsələ aktualdır”. Bu sözləri apasport.az saytına açıqlamasında son mövsümü “Kəpəz”də keçirən Elşən Poladov deyib.
Başa çatan mövsümdə “çərçivədəki” problemlərlə diqqət mərkəzində olan “Rəvan” mövsümlərarası fasilədə bu boşluğu doldurmaq üçün bir neçə qolkiperin namizədliyini nəzərdən keçirir. Son günlərdə “Kəpəz”lə müqaviləsi başa çatan Poladovun paytaxt klubuna yollanmaq üzrə olduğu deyilsə də, futbolçu hələ heç kimlə danışmadığını vurğulayıb: “Konkret kimləsə danışmamışam. İndi elə vaxtdır ki, hərənin adını bir klubla çəkirlər. Əgər onlar danışmaq istəsələr, bu transferi dəyərləndirmək mümkündür”.
“Kəpəz”dən təklif almadığını bildirən qapıçı yenidən Gəncə təmsilçisinə dönə biləcəyini də istisna etmir: “Gedəndə istər-istəməz sabiq klubundan halallıq alırsan. “Kəpəz”lə də oturub danışmaq olar. Klubun dağılması söhbəti yoxdur. Sadəcə, siyahı hələ hazırlanır və sonradan kimlər lazım olsa, çağıracaqlar”.

0
0