“Neftçi” Boliviya yığmasının futbolçuları ilə danışıqlar aparır
14.05.2012 - 16:11
“Neftçi” Boliviya yığmasının futbolçuları ilə danışıq aparır. Apasport.az saytının məlumatına görə, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək komandanın heyətində görmək istədiyi legionerlər arasında Rudi Kardoso ilə Yasmani Kampos var.
22 yaşlı Rudi yarımmüdafiəçidir və millisinin heyətində 15 oyunda 2 qol vurub. Vətənində “Bolivar” klubunun futbolçusu olan Kardoso vaxtilə İsraildə oynayıb.
Yasmani də orta sahə oyunçusudur. Vətənində “Oriente Petrolero” klubunda çıxış edən Kamposu vaxtilə Kiyev “Dinamo”su heyətinə cəlb edib. Sürətli cinah yarımmüdafiəçisi 1,74, Rudi 1,71 metr boya malikdir. Onlar Bakının “İnter” klubunun boliviyalı sabiq hücumçusu Avqusto Andaverislə yığmada komanda yoldaşları olub.

0
0