”Xəzər Lənkəran”ın legioneri Di Biazidən zəng gözləyir
14.05.2012 - 23:05
“Yığmamızın qarşıdakı yoldaşlıq görüşlərinə hələ dəvət almamışam”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın albaniyalı futbolçusu Elvin Beçiri deyib.
Təcrübəli müdafiəçinin uzun müddətdir kənar qaldığı Albaniya yığması bu ayın 22-də Qətərlə Madriddə, 27-də İranla İstanbulda yoldaşlıq görüşü keçirəcək.
Ölkəmizdə çıxış etdiyi 2,5 ildə millisinə çağırılan Elvin uzun müddətdir dəvət almır. Xorvatiyalı Yosip Kujeni baş məşqçi postunda əvəzləyən italiyalı Luici Di Biazi mərkəz müdafiəçisinə hələ ehtiyac duymayıb. Beçirinin fikrincə, artıq zədə problemini arxada qoyduğundan və klubunda daim oynadığından, yenidən millinin şərəfini qorumağa layiqdir: “Millidən kənarda qalmağım bir müddət zədəli olmağımla bağlı idi. Ancaq bu problem olmayanda, klubumda daim oynayıram. Yığmamızın yeni baş məşqçisi ilə şəxsi tanışlığım yoxdur. Heç vaxt onunla danışmamışam. Yəqin ki, italiyalı mütəxəssis namizədləri nəzərdən keçirir”.
Elvin vaxtilə “Udineze”nin baş məşqçisi olmuş millisinin 55 yaşlı çalışdırıcısından zəng gözləyir: “Ümid edirəm ki, mənimlə heç olmasa 2-3 dəfə əlaqə yaradacaq. Çoxdandır yığmada oynadığımdan, mənə heç olmasa bir az hörmət edilməlidir. Çünki Azərbaycanda normal oynayıram və hər dəfə dəvət alacağıma ümidliyəm. Komandanda daim oynayırsansa, bu, o deməkdir ki, yaxşı forman var. Mən bu oyun formasını yığmada da istifadə etmək istədiyimdən, dəvət gözləyirəm. Ümid edirəm ki, yenidən millidə oynamağım üçün baş məşqçidən zəng gələcək”.
Mehman SÜLEYMANOV

0
0