Rəşad, qarşıdakı oyunları unut!
14.05.2012 - 17:00
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov Yaponiya və Andorra ilə qarşıdakı yoldaşlıq görüşlərində iştirak etməyə bilər. Bu barədə apasport.az saytına futbolçunun özü məlumat verib.
O bildirib ki, topuğundan aldığı zədə ucbatından bir müddət yaşıl meydandan kənarda qalacaq. Belə ki, “Qarabağ”ın futbolçusunun Premyer Liqanın sonuncu turunda “Xəzər Lənkəran”la səfər matçında aldığı zədə ciddidir.
Müayinə üçün Türkiyəyə yollanan Rəşad bildirib ki, həkimlər ona bir müddət oynamamağı məsləhət görüblər: “Müayinədən keçmişəm və həkimlər ilkin nəticələrə əsasən məni qorxudurlar. Deyirlər ki, millinin qarşıdakı oyunlarını yadından çıxart. Bu elə zədədir ki, nəinki oynamaq, ən azından 2-3 həftə məşq etməməliyəm. Yəni onlar başqa variantın olmadığını deyirlər. Mən isə heç olmasa, 2-ci oyunda – mayın 30-da Andorra ilə matçda meydanda olmaq istəyirəm. Bununla bağlı həkimlərlə söhbətim olsa da, yaxın vaxtda meydana çıxmağı məsləhət görmürlər. Hər şeyə sabah tam aydınlıq gələcək. Çünki maqnit-rezonans müayinəsinin cavabları bilinəcək”.
Qeyd edək ki, millimiz mayın 20-də Bakıdan Yaponiyaya yollanacaq. 3 gün sonra “Gündoğar ölkə”də meydana çıxacaq yığmamız ardından Frankfurta təlim-məşq toplanışına gedəcək.
Mehman SÜLEYMANOV

0
0