“Qarabağ” əcnəbilərlə anlaşdı
14.05.2012 - 17:08
“Qarabağ” 2 futbolçu ilə yeni müqavilə imzalayıb. Apasport.az-ın klub rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi Albaniya yığmasının üzvləri Admir Teli və Ansi Aqolliylə yenidən anlaşıb. Hər 2 futbolçu ilə 1 illik müqavilə bağlanıb.
Onlardan öncə isə “Qarabağ” Rəşad Sadiqov, Georgi Adamiya, Nderim Nedzipi ilə rəsmən yollarını ayırıb.
Qeyd edək ki, Admir ağdamlıların heyətində 2009-cu ilin yanvarından, Ansi isə 2011-ci ilin yayından çıxış edir.

0
0