Tikintidə futbolçu meyiti tapıldı
15.05.2012 - 08:14
Tikintidə futbolçu meyiti tapıldı
Norveçin “Stabek” klubunun itmiş futbolçusu Tor Marius Qromstadın cəsədi tapılıb. Apasport.az saytının məlumatına görə, bir neçə gün əvvəl itkin düşən 22 yaşlı futbolçunun meyiti paytaxt Oslodakı tikintilərin birinin ərazisindən tapılıb. Onun ölümünə səbəb hündürlükdən yerə çırpılarkən aldığı çoxsaylı zədələr olub. Torun özünü tikintinin yuxarı mərtəbəsindən aşağı atdığı, yoxsa başqaları tərəfindən atıldığı dəqiqləşdirilməyib. Faciə ilə əlaqədar “Stabek”in Norveç çempionatında sabah keçirməli olduğu matç təxirə salınıb.