Azərbaycan yığması əvəzolunmaz rolunda
15.05.2012 - 08:50
Azərbaycan milli komandasının yoldaşlıq oyunu keçirməkdən imtina etdiyi Belarus yığması sparrinq-rəqib axtarışlarını yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, Belarus Futbol Federasiyası iyunun 5-də baş tutmalı olan qarşılaşmada Azərbaycan yığmasını əvəzləməyə komanda tapmayıb. Bu üzdən də belaruslular iyundan əvvəlcədən planlaşdırıldığı kimi 2 deyil, cəmi 1 yoldaşlıq oyunu keçirəcək. Litva millisi ilə baş tutacaq həmin görüşün də vaxtı dəyişdirilib. Qarşılaşma iyunun 8-də deyil, 1 gün əvvəl Minskin “Dinamo” stadionunda baş tutacaq.
0
0