İstanbul derbisində azərbaycanlı həkim saxlanıldı
15.05.2012 - 09:42
İstanbul derbisində azərbaycanlı həkim saxlanıldı
Türkiyə çempionunu müəyyənləşdirən “Fənərbaxça” – “Qalatasaray” derbisindən sonra yaranan qalmaqalda saxlanılan 47 nəfər tibbi müayinədən keçirilib. Apasport.az saytının məlumatına görə, İstanbul polisinin tutduğu şəxslər arasında 2 əcnəbi də var.

Bunlardan biri Azərbaycan, digəri İngiltərə vətəndaşıdır. Türk mətbuatının yazdığına görə, qalmaqalda iştirak edən azərbaycanlı həkimdir.

Ümumiyyətlə, həmin 47 nəfərdən 15-i “Şükrü Saracoğlu” stadionunda, 32-si arenadan kənarda saxlanılıb. Onlar oğurluqda ittiham olunur.