“Qarabağ”dan gedənlərin sayı 4-ə çatdı
15.05.2012 - 10:00
“Qarabağ”dan gedənlərin sayı 4-ə çatdı
Daha bir futbolçu “Qarabağ”dan ayrılıb. Apasport.az saytının məlumatına görə, serbiyalı qapıçı Boyan Pavloviç də komandanı tərk edib. O, Rəşad Sadiqov, Nderim Nedzipi və Georgi Adamiyanın ardından “Qarabağ”ı tərk edən 4-cü futbolçudur.

Qeyd edək ki, Boyan Premyer Liqanın 2011/12 mövsümündə 28 oyun keçirib və 21 qol buraxıb.