Səbuhi Səfiyarlı: Həmin futbolçuları saxlamaq istəyirik
15.05.2012 - 10:44
Səbuhi Səfiyarlı: Həmin futbolçuları saxlamaq istəyirik
“Hələlik müqaviləsi başa çatan futbolçularla anlaşmanın müddətini uzatmamışıq”. Bunu apasport.az saytına açıqlamasında “İnter”in baş meneceri Səbuhi Səfiyarlı deyib.

Ölkəmizi Avroliqada təmsil edəcək “bankirlər” heyətini gücləndirmək məqsədilə yeni transferlərlə yanaşı, əsas futbolçularını saxlamaqda maraqlıdır.

Səfiyarlının sözlərinə görə, gürcülər – qapıçı Georgi Lomaya, müdafiəçi İlya Kandelaki və hücumçu Baçana Sxadadze, habelə, millimizə də cəlb olunan yarımmüdafiəçi Nizami Hacıyevlə hələlik rəsmi müqavilə imzalanmayıb: “Müqaviləsi başa çatan həmin futbolçuları saxlamaq istəyirik. Artıq vətənlərində olan hər 3 gürcüstanlı ilə ilkin razılıq əldə olunub. Ancaq bu, hələ rəsmi müqavilədə öz əksini tapmayıb. Nizami ilə isə hələ razılığa gəlməmişik. Hücumçular - polşalı Tales Şützlə gürcü Georgi Adamiyanın məsələsi isə hələ açıq qalır”.

Mehman SÜLEYMANOV