“Qarabağ”ın 2 futbolçusu milli komandada
15.05.2012 - 10:50
“Qarabağ”ın futbolçuları Admir Teli və Ansi Aqolli Albaniya millisinə çağırılıblar. Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi Luici di Biazi Ağdam təmsilçisinin müdafiəçilərini qarşıdakı 2 yoxlama oyununda sərəncamında görmək istəyib.
İtaliyalı mütəxəssis Teli ilə Aqollini mayın 22 və 27-dəki qarşılaşmalara dəvət edib. Həmin qarşılaşmaların hər ikisi neytral meydanda baş tutacaq. Əvvəl İstanbulda İranla qarşılaşacaq albanlar 5 gün sonra İspaniya paytaxtı Madriddə Qətərlə üz-üzə gələcəklər.

0
0