“Xəzər Lənkəran”ın ilk tapıntısı: Adrian Dumitru Popa!
15.05.2012 - 12:09
“Xəzər Lənkəran”ın ilk tapıntısı: Adrian Dumitru Popa!
Rumıniyada futbolçu axtarışına çıxan “Xəzər Lənkəran” klubunun ilk tapıntısının adı məlum olub. Apasport.az saytının məlumatına görə, bu, “Konkordiya” klubunun üzvü Adrian Dumitru Popadır.

24 yaşlı hücumameylli yarımmüdafiəçi karyerası ərzində “Politexnika”, “Qloriya”, “Universtatya” (Kluj) komandalarında da oynayıb. Son mövsümdə 28 qarşılaşmada 3 qol vuran Adrian birdən-birə 2 təklif alıb. O, “Xəzər Lənkəran”la Rumıniya futbolunun lideri “Styaua” arasında seçim etməlidir.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun özü də Rumıniyaya oyunçu seçməyə gedib.