Gürcüstan AVRO-2020-yə təkbaşına namizəd oldu
15.05.2012 - 12:51
Gürcüstan AVRO-2020-yə təkbaşına namizəd oldu
Gürcüstan futbol üzrə 2020-ci il Avropa çempionatına namizədliyini təkbaşına irəli sürməyi qərara alıb. Lent.az-ın məlumatına görə, bu barədə mayın 15-də keçirilmiş mətbuat konfransında qonşu ölkənin idman və gənclər naziri Vladimir Vardzelaşvili açıqlama verib.

O bildirib ki, Gürcüstan qitə çempionatını müstəqil surətdə təşkil etmək iqtidarındadır. UEFA-nın iddia ərizəsini qəbul edib-etmədiyi bu gün müəyyənləşəcək. Çempionata namizədlik üçün son müddət məhz mayın 15-dək nəzərdə tutulub. Daha öncə Türkiyə də AVRO-2020-yə ərizə verib.

Qeyd edək ki, Gürcüstan Avropa çempionatını Azərbaycanla birgə keçirmək istəyində olsa da, bu, baş tutmayıb. AFFA-nın baş katibi Elxan Məmmədov Lent.az-a açıqlamasında səbəb kimi ölkəmizin 2020-ci ilin daha mötəbər idman yarışı sayılan Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürməsini göstərib.