Azərbaycan çempionuna 10 oyunluq cəza
15.05.2012 - 12:49
Azərbaycan çempionuna 10 oyunluq cəza
AFFA-nın İntizam Komitəsi “Bakı” klubunun məşqçisi İlyas Qurbanovun məsələsinə baxıb. Apasport.az saytının məlumatına görə, U-11 Liqasının “Xəzər Lənkəran” – “Bakı” matçında etdiyi hərəkətlər 33 yaşlı çalışdırıcıya baha başa gəlib. Oyunun 30-cu dəqiqəsində hakimləri təhqir etdiyi üçün meydançadan kənarlaşdırılan Qurbanov bununla sakitləşməyib. Matç başa çatdıqdan sonra hakimlər otağına daxil olan məşqçi hakimlərə fiziki təsir göstərib. Ədalət təmsilçilərini döyən çalışdırıcı 10 oyunluq cəzalanıb.

Qeyd edək ki, Qurbanov futbolçu kimi “Bakı” ilə Azərbaycan çempionu və kubokun qalibi olub.