“Bakı”nın legionerinə Starkovdan dəvət
15.05.2012 - 13:17
“Bakı”nın sabiq baş məşqçisi Aleksandr Starkov çalışdırdığı Latviya milli komandasının heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, ilkin olaraq heyətə 19 oyunçu çağıran mütəxəssis komandaya əlavə edəcəyini də istisna etməyib. İlkin 19 nəfərlik siyahıda Azərbaycan Premyer Liqasında çıxış edən 1 futbolçu da var. Bu, “Bakı”nın müdafiəçisi Denis İvanovdur. Starkovun yetirmələri mayın 22-də Avro-2012-nin meydan sahiblərindən olan Polşa yığması ilə qarşılaşacaq.
0
0