“Julius Vobay sərbəst futbolçudur, onunla müqavilə bağlamışıq”
15.05.2012 - 13:59
“Hələlik 2 yeni transferimiz var. Bunlar Rəşad Sadiqovla Julius Vobaydır. Digərləri ilə danışıqlar gedir, həmin transferlər rəsmiləşəndə açıqlama verəcəyik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib.
“Xəzər Lənkəran”ın 2011-ci ilin qışında transfer etdiyi Julius Vobayın karyerasını “Neftçi”də sürdürəcəyi müzakirə obyektinə çevrilib.
Məsələ ondadır ki, cənub təmsilçinin rəhbərliyi Syerra-Leone yığmasının da şərəfini qorumuş yarımmüdafiəçinin bu ilin sonunadək “ağ-yaşıllar”la müqaviləsinin olduğunu açıqlayıb. Ancaq bunları təkzib edən Vobay sərbəst futbolçu kimi “Neftçi” ilə müqavilə imzalayıb.
Sadıqov bildirib ki, Vobay hələ qışda “Neftçi” klubuna keçmək istəyirmiş: “Vobay hələ qış transfer dövründə düşərgəmizə gəlib, komandamızda oynamaq fikrində olduğunu demişdi. Ona dedik ki, “Xəzər Lənkəran”ın futbolçususan, get, onlarla işini tamamla. Əgər klubunla problemin varsa, bizə lazım deyilsən. Vobay qışda “Xəzər Lənkəran”a qayıtdı, sonradan Misir klubuna keçdi. Yenidən bizə yaxınlaşanda, həmin sözlər təkrarən ona çatdırıldı. FİFA-nın sənədlərini bizə təqdim edəndən sonra onunla sərbəst futbolçu kimi müqavilə bağladıq”.
“Neftçi” klubunun afrikalı legionerlə müqaviləsinin müddəti də məlumdur. Belə ki, Sadıqov bildirib ki, Vobayla müqavilə 2 ili əhatə edəcək: “Juliusla 2 illik müqavilə imzalanıb. Bu haqda Peşəkar Futbol Liqasına da məlumat vermişik. Vobay sertifikatını bizə göstərib. Orada FİFA tərəfindən təsdiq olunmuşdu ki, Vobay sərbəst futbolçudur. Belə olan halda, niyə də transfer etməyim?”
Mehman SÜLEYMANOV

0
0