“Qəbələ” baş məşqçi məsələsini həll etdi
15.05.2012 - 15:04
“Qəbələ” baş məşqçi məsələsini həll etdi
“Qəbələ” rəhbərliyi baş məşqçi məsələsini həll edib. Bu barədə apasport.az saytına komandanın vitse-prezidenti Fariz Nəcəfov məlumat verib.

O bildirib ki, ötən mövsümün çox hissəsində baş məşqçi postunda çalışan türkiyəli Fatih Kavlakla əməkdaşlığı davam etdirəcəklər.

“Qəbələ” rəhbərliyi baş məşqçi Fatih Kavlakın işindən razıdır. Bununla bağlı klubumuzun prezidenti Tale Heydərovla görüşüb, məsələni həll etdik. Qərara alındı ki, Kavlak növbəti mövsümdə də baş məşqçi vəzifəsində qalsın” – deyə, Nəcəfov bildirib.

Qeyd edək ki, Kavlak ötən mövsümün II dövrəsinin startında istefa verən ingilis Toni Adamsı əvəzləmişdi.