Yunis Hüseynov: Baxdım, xoşuma gəldi – MÜSAHİBƏ
15.05.2012 - 15:39
Yunis Hüseynov: Baxdım, xoşuma gəldi – MÜSAHİBƏ
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi

- Mövsüm bitəncə Rumıniyaya yollandız. Səfəriniz necə keçdi?
- 3-4 görüşü izlədik. Əsas məqsədimiz Manuel Skarlatakenin oyunlarına baxmaq idi.

- Futbolçu necə təsir bağışladı?
- Onun oyununa baxdım, xoşuma gəldi.

- Skarlatakeni yenidən “Xəzər Lənkəran”da görmək mümkün olacaq?
- Yəqin ki... Bu məsələ həll olunmaq üzrədir.

- Manuellə söhbətiniz oldumu?
- Bəli, söhbətləşdik. Yenidən “Xəzər Lənkəran”a qayıtmağa razıdır.

- Yəqin ki, təkcə Manuel deyil, başqa futbolçularla da maraqlanmısınız. Baxdığınız matçlarda bəyəndiyiniz futbolçu oldumu?
- Əsasən Skarlatake üçün getmişdik. Düzdü, başqa futbolçulara da baxdım. Amma bəyəndiyim olmadı.

- Rumıniya mətbuatı “Konkordiya” klubunda oynayan Adrian Popa ilə maraqlandığınızı iddia edir...
- Yalan söhbətdir. Heç kim diqqətimizi cəlb etmədi.

- Futbolçu seçmək üçün yenə səfər etmək fikriniz varmı?
- Xeyr.

- Yəqin ki, Skarlatake ilə kifayətlənməyib, başqa futbolçularla da güclənəcəksiniz...
- Yenilər olacaq. Çalışacağıq ki, onların arasında azərbaycanlı futbolçular da olsun.

- Bəs “Xəzər Lənkəran”ı tərk edənlər müəyyənləşib?
- Bu məsələyə yaxın 2-3 gün ərzində aydınlıq gətirəcəyik.