Sergey Yuran: Yeni klubumla “2+1” şərti ilə müqavilə imzaladım
15.05.2012 - 16:21
“Simurq”un rusiyalı sabiq baş məşqçisi Sergey Yuranın “Sibir” klubuna təyinatı rəsmiləşib. Apasport.az saytının məlumatına görə, 43 yaşlı çalışdırıcı Rusiyanın I divizion təmsilçisi ilə “2+1” şərti ilə müqavilə bağladığını bildirib. O, Novosibirsk təmsilçisini Premyer Liqaya çıxarmağa çalışacaq: “Müqavilə “2+1” sxemi ilə nəzərdə tutulub. “Sibir” iddialı klubdur. Buna görə də növbəti mövsümdə qarşısına Premyer Liqaya çıxmaq vəzifəsi qoyur. İndi heyətin komplektləşdirilməyi ilə məşğul olacaq, təlim-məşq toplanışları ilə bağlı planları müəyyənləşdirəcək və yeni çempionata hazırlaşacağıq”.
Qeyd edək ki, Yuran ötən ilin iyulundan bu ilin fevralına kimi çalışdırdığı Zaqatala klubu “altılığ”a çıxara bilmədiyinə görə istefaya göndərildi.
Qeyd edək ki, Yuran ötən ilin iyulundan bu ilin fevralına kimi çalışdırdığı Zaqatala klubu “altılığ”a çıxara bilmədiyinə görə istefaya göndərildi.
0
0