“Emil Mpenza “Neftçi”nin icazəsi olmadan başqa klubda oynaya bilməz”
15.05.2012 - 16:05
“Emil Mpenza qışda komandanın düşərgəsinə gəlmək əvəzinə, özünə komanda axtarırdı. Bununla əlaqədar dəfələrlə FİFA-ya müraciət olundu. 3-4 məktub yazdıq ki, Emilin Azərbaycana gəlməsini tələb eləsinlər”. Bu sözləri apasport.az saytına “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib.
Hələ bu ilin qış fasiləsində “ağ-qaralar”ın düşərgəsindən gedən belçikalı futbolçu Emil Mpenza geri qayıtmadığı üçün FİFA-ya rəsmi müraciət edilib. Paytaxt təmsilçisi müqavilə ilə onlara məxsus hücumçunun heyətində olmasını istəyir.
Sadıqovun sözlərinə görə, Mpenza komandanı pis vəziyyətdə qoyduğu üçün ali futbol qurumuna şikayət etmək məcburiyyətində qalıblar: “FİFA-ya müraciət etsək də, yenə gəlmədi. Hüquqşünaslar bu məsələ üzərində çalışırlar. Mpenza ilə 3 illik müqaviləmiz vardı. Belə deyək, bundan sonra bizimlə 7 aylıq anlaşması var. Bütün sənədləri FİFA-ya göndərmişik ki, ciddi tədbir görülsün. İndi cavab gözləyirik”.
Belçika mətbuatında “Neftçi”nin Mpenzadan 700 min avro, futbolçunun isə qalan müqaviləsinə əsasən klubdan maaşını istədiyi yazılıb. Emil bununla bağlı məhkəməyə müraciət edərək, cavab gözləyir. “Neftçi”nin prezidenti isə FİFA-nın hər şeyi nəzərdən keçirərək, məsələ ilə bağlı onların xeyrinə müsbət qərar çıxaracağına inanır: “Futbolçunun gedişi zamanı maaşı, lazım olan bütün maliyyə vəsaiti biz tərəfdən ayrılıb. Bundan əlavə, təlim-məşq toplanışına gedib-gəlmək üçün bilet, ev və maşınının kirayə haqqı vaxtı-vaxtında ödənilib. Əgər Mpenza başqa kluba keçirsə, bizim də təzminatımız var. İcazəmiz olmadan, digər klubda oynaya bilməz. İnanmıram ki, FİFA-dan bizə o qədər haqsızlıq gələ”.
Sadıqov hələ “Neftçi”nin prezidenti olmazdan öncə komandaya gələn türkiyəli futbolçular Suat Usta ilə Əli Cansunun məsələsinə də aydınlıq gətirib: “Onların da işinə FİFA-da baxılırdı. Futbolçuların tələb etdiyi maliyyə vəsaitləri var idi ki, rəhbərlikdə bir az boşluq olmuşdu. Əmək haqları ödənilməmişdi və FİFA-nın qərarı ilə məsələyə son qoyuldu. Bu gün “Neftçi”nin heç bir futbolçuya borcu yoxdur”.
Mehman SÜLEYMANOV

0
0