“Neftçi”yə elə-belə futbolçu gəlməyəcək”
15.05.2012 - 17:24
“Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun apasport.az saytına müsahibəsi
- Ardıcıl ikinci çempionluqdan sonra komandanızın qarşısındakı vəzifə kuboku da qazanıb, mövsümü “qızıl dubl”la başa vurmaqdır. Bununla bağlı uzun həsrətə son qoya biləcəksiniz?
- Biz ötən mövsüm 6 illik çempionluğu gözləyirdiksə, bu dəfə 8 ildir həsrətində olduğumuz kuboku gözləyirik. “Neftçi” həmin vaxtdan “qızıl dubl” etməyib. İndi buna imkan var. Bütün komanda hazırda ancaq bu haqda fikirləşir. Məqsədimiz finalda “Bakı”ya qalib gəlib, “qızıl dubl”a nail olmaqdır.
- Bundan sonra bütün diqqətlər Çempionlar Liqasına yönələcək. Əsas hədəf Avropada qazanılacaq uğurdur. Bu haqda nə düşünürsünüz?
- Bildiyiniz kimi, ötən il Zaqreb “Dinamo”suna uduzduq. O vaxt hamı “Neftçi”nin püçkdə bəxti gətirmədiyini deyirdi. Amma bəxtimiz ilk oyunda gətirmədi - ilk 20 dəqiqə ərzində qol imkanlarından istifadə edə bilmədik. Sonda Zaqreb təmsilçisi qalib oldu və səfərdəki 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmaq komandamız üçün çətin idi. Deyim ki, əsas məsələ püşkatmada bəxtimizin necə gətirəcəyidir. Görək, bizə bu dəfə hansı rəqib düşəcək. Məqsədimiz “Neftçi”yə yeni güc qatıb, öncə ilk mərhələni keçib, sonrakı sınağa hazırlaşmaqdır. Heyətə 2-3 yeni futbolçu qatmaq istəyirik ki, onlar komandamızı Çempionlar Liqasında layiqincə təmsil etsin.
- Konkret hansı mövqelərin gücləndirilməsi nəzərdə tutulub?
- Bununla bağlı məşqçilərlə iclasımız oldu. Braziliyalı yarımmüdafiəçi Rodriqinyo 1 ildir zədəlidir. Bizə onu əvəzləyən, onun kimi səviyyəli futbolçu lazımdır. Bahodir Nasimov da zədələnib, bizə ikinci hücumçu lazımdır. Bir də müdafiəçi axtarırıq. Alınmazsa, Çempionlar Liqasında elə bu heyətlə oynayacağıq. “Neftçi”yə elə-belə futbolçu gəlməyəcək.
- Potensial rəqibləriniz arasında güclü klublar - elə Zaqreb “Dinamo”su da var. Siz hansı rəqibi gözləyirsiniz?
- Zəif rəqib olmur. Məncə, ilk mərhələdə o qədər də güclü rəqib düşməməlidir. “Dinamo” da Avropada tanınmış klublardan olsa da, keçilməyəsi rəqib deyil. Sözsüz, bəxt amili də var. Futbolçuları indidən psixoloji cəhətdən hazırlayırıq ki, ola bilsin güclü rəqib düşəndə, adından qorxmasınlar. Rəqibin fərqi yoxdur, çıxıb öz oyunumuzu oynamalıyıq. 2 il ardıcıl qızıl medal qazandıq, artıq Çempionlar Liqasında nəsə etməliyik.
- Çempionlar Liqasında cəmi 1 mərhələ adlasanız, bundan sonra ən azı 4 oyun keçirəcəksiniz. Yəni, 3-cü mərhələdə uduzsanız, Avroliqanın son təsnifat mərhələsinə düşüb, qrupa düşmək imkanınız olacaq...
- Sizinlə razıyam. Əsas odur ki, 1 mərhələ keçək, sonra şans artacaq. Ən çətini ilk mərhələni adlamaqdır. Buna nail olanda, psixoloji durum yüksəlir, ruh yüksəkliyi artır.
- Boliviya yığmasının futbolçuları Rudi Kardoso və Yasmano Kamposun “Neftçi”yə keçidi ilə bağlı məsələ nə yerdədir?
- Biz nəinki Boliviya, bir çox ölkələrin milli komandalarının futbolçuları ilə maraqlanırıq. Çalışırıq ki, daha az xərclə səviyyəli futbolçu gətirək. Hələlik 2 yeni transferimiz var - Rəşad Sadıqovla Julius Vobay.
- Yeri gəlmişkən, vaxtilə “Neftçi”də oynamış Rəşad Sadiqovun qayıdışı müzakirə obyektinə çevrildi...
- Bildiyiniz kimi, “Neftçi”nin sabiq baş məşqçisi Hans-Yurgen Gedenin vaxtında bəzi futbolçular komandadan kənarlaşdırıldı. Onlar sonradan “Qarabağ”ın heyətində yer aldı. Rəşadın müqaviləsi bitib və “Neftçi”dəki ab-havanı görüb geri qayıtmağında nə söhbət ola bilər ki? Düzdü, onu gəlişi böyük ajiotajla qarşılandı. Amma futbolçu azad transferə malikdir, digər kluba keçdi, qurtardı. Burda nə var ki?
- “Qarabağ”dan digər futbolçuların gəlişi gözlənilir?
- Kim komandasında səviyyəli yerli futbolçunun olmasını istəməz? Bura gəldiyim gündən görürsünüz ki, yerli futbolçularla legionerlərin sayı nə qədərdir, burda gənc futbolçulara necə diqqət və qayğı göstərilir. Həmişə legionerlərin çoxluq təşkil etməsinin əleyhinə olmuşam. Kim istəməz ki, Azərbaycan futbolunun qaymağı onun klubunda çıxış etməsin?
- Ardıcıl 2-ci il çempionluğu qazanmanızda sabit heyətin olmağı vacib rol oynadı. Bunu qoruyub saxlamaq üçün müqaviləsi bitən Rəşad Abdullayev, Slavço Georgiyevski kimi əsas futbolçularla anlaşmanın uzadılmağı nəzərdə tutulubmu? Ümumiyyətlə, komandanızdan gedən futbolçular olacaq?
- Komandanı tərk etmək istəyənlər, gedə bilərlər. Hələlik rəhbərlik tərəfindən gündəmdə belə bir məsələ yoxdur. Çempion komandanı kim dağıdar? Ən azı onlarla birgə çempion olduğumuzdan, böyük zəhmətləri var. Yerli futbolçularla müqaviləni artıracağıq. Getmək istəyəni, isə necə saxlaya bilərəm?
- Getmək istəyilə rəhbərliyə müraciət edən futbolçunuz varmı?
- Yox. Bildiyiniz kimi, gənc futbolçularımızın çoxu bəzi klublarda icarədə oynayırlar. Mayın 17-də ölkə kubokunun finalından sonra onlar haqda qərar qəbul edəcəyik. Gənclərin yenidən icarəyə veriləcəyi, yoxsa komandada saxlanılacağı ilə bağlı saytımızda rəsmi məlumat veriləcək. Yalnız onu deyə bilərəm ki, “Sumqayıt”, AZAL, “Simurq” və “Rəvan”dan gənc futbolçularımızla bağlı təkliflər gəlir. Ancaq hələlik başımız final matçına qarışıb.
Mehman SÜLEYMANOV

0
0