Rodriqinyo “Neftçi”dən ayrılır?
15.05.2012 - 17:37
Braziliyalı futbolçu Rodriqinyonun “Neftçi” klubundakı taleyinə yaxın zamanlarda aydınlıq gələcək. Bu barədə apasport.az saytına komandanın prezidenti Sadıq Sadıqov məlumat verib.
Sadıqov bildirib ki, “Santos”dan transfer edilən 32 yaşlı legionerlə bağlı həkimlərin qərarını gözləyirlər: “Futbolçunun bizimlə 3 illik müqaviləsi var. 2 il oynadı, sonra bildiyiniz kimi, Çempionlar Liqasında “Dinamo” ilə cavab matçında zədələndi. Özü də çox ağır. Rodriqinyo əməliyyatdan sonra gəlib söz verdi ki, növbəti təlim-məşq toplanışına qatılacaq. Ancaq buna baxmayaraq, yenə həkimlərin qərarı lazımdır və bu, hazırlıq prosesində bilinəcək”.
“Ağ-qaralar”ın rəhbəri vurğulayıb ki, Rodriqinyo barədə son qərar Çempionlar Liqasına hazırlıq məqsədilə yollanacaqları Türkiyədə veriləcək: “İyunun 12-də təlim-məşq toplanışı üçün Boluya yollanacağıq. Rodriqinyo da ora gələcək. Orada futbolçunun durumuna baxılacaq. Normal olsa, bizə kömək edə biləcəksə işbirliyimi davam etdirəcəyik. Əgər yox, həkimlərin rəyi mənfi olsa, yəqin ki, Rodriqinyo ilə yollarımızı ayıracağıq”.
Mehman SÜLEYMANOV

0
0