İkinci cəhd
16.05.2012 - 11:00
 İkinci cəhd
Gələn ay Polşa və Ukraynada futbol üzrə Avropa çempionatının final mərhələsi start götürəcək. Apasport.az saytı yarış iştirakçılarının təqdimatını C qrupunda yer alan komandalarla davam etdirir. Polşa və Ukrayna meydanlarında mübarizə aparacaq İrlandiya yığması böyük tarixə malik olsa da, hansısa öyünülməli uğuru yoxdur.

Ada təmsilçisi Avro-2012-yə pley-off mərhələsindən vəsiqə qazanıb. Qrupda cəmi 1 matçda uduzan Covanni Trapattoninin yetirmələri həlledici oyunlarda Estoniya ilə qarşılaşdı. Artıq ilk matçda 4 cavabsız qola cütün taleyini həll edən komanda tarixində 2-ci dəfə qitə çempionatının final mərhələsinə yüksəldi.

İrlandiya yığmasının ilk cəhdi isə uğursuz olub. 1988-ci ildə AFR-da keçirilən yarışa vəsiqə qazanan irlandiyalılar gözlənilmədən İngiltərəni 1:0 hesabı ilə məğlub etdilər. Lakin sensasiyalı qələbə də qrupdan çıxmağa kömək etmədi. Cek Çarltonun rəhbərlik etdiyi yığmanın yarımfinal yolunu gələcək çempion Hollandiya kəsdi.

1992, 1996, 2000-ci illərdə final mərhələsinə çıxmağa yaxın olan irlandiyalılar son 2 halda pley-offda ilişdilər. Əvvəl yenə Hollandiya qarşısında aciz qalan komanda 12 il əvvəl Türkiyə tərəfindən dayandırıldı.

4 il əvvəl baş məşqçi postuna gətirilən Trapattoni isə millidə çox şeyi dəyişdi. Neçə illərdir final mərhələlərinə həsrət qalan yığma əvvəl DÇ-2010-da buna son qoya bilərdi. Lakin pley-offda fransalı Tyeri Anrinin məşhur əllə ötürməsi Trapattoninin yetirmələrinin qarşısını kəsdi. Avro-2012-nin pley-off mərhələsində isə artıq irlandiyalıları saxlayan yox idi.

İrlandiya yığması

FİFA reytinqi: 18
İlk oyun: Bolqarıstan 1:0 (28.05.1924, Kolombes, Fransa)
Ən böyükhesablı qələbə: Malta 8:0 (16.11.1983, Dublin)
Ən böyükhesablı məğlubiyyət: Braziliya 0:7 (27.05.1982, Uberlandiya)
Titulu: yoxdur
Baş məşqçi: Covanni Trapattoni (İtaliya)
Avropa çempionatlarında ən yaxşı nəticə: 1988-ci il final mərhələsi
Ən məhsuldar futbolçusu: Robbi Kin – 53 qol
Karyerasını davam etdirənlər arasında ən məhsuldar futbolçu: Robbi Kin – 53 qol
Yığmada ən çox oyun: Şey Qiven – 121
Karyerasını davam etdirənlər arasında yığmada ən çox oyun: Şey Qiven – 121

İrlandiya yığması Avropa çempionatlarında:

OQHMT
Final mərhələsi31112-2
Seçmə mərhələ109443233161-128
Cəmi112453334163-130


İrlandiya yığmasının oyunları:
10.06.2012. Poznan. 23:45. İrlandiya – Xorvatiya
14.06.2012. Qdansk. 23:45. İspaniya – İrlandiya
18.06.2012. Poznan. 23:45. İtaliya – İrlandiya