Kaxaber Sxadadze daha 2 futbolçunu bəyənmədi
15.05.2012 - 23:00
"İnter" bürünc medalla kifayətləndiyi mövsümün ardından "təmizləmə əməliyyatı"nı davam etdirir. Apasport.az saytının xəbərinə görə, Girt Karlson, Enyo Krastovçev, Danildo Assioli və Bronislav Çervenkanı yola salan, "Simurq"da icarə əsasında çıxış edən Ruslan Poladovun geri qaytarılmasına lüzum görməyən “bankirlər” daha 2 üzvü ilə vidalaşıb.
Komandanın baş məşqçisi Kaxaber Sxadadze gedənlərin siyahısına Xəyal Mustafayevlə Peter Xrappanı da əlavə edib. Bu futbolçuların da növbəti mövsümdən "bankirlər"in uğurları üçün çalışmayacağı artıq dəqiqləşib.
Yeri gəlmişkən, kapitan Vladimir Levinin də komandadan gedişi mümkündü. Millimizin üzvü klubla yeni müqavilənin şərtlərində razılığa gələ bilmir. Eyni zamanda Elnur Abdulovla Nizami Hacıyevin də "İnter"dəki aqibəti hələlik qaranlıq olaraq qalır.

0
0