“Qaradağ Lökbatan”: Özü yıxılan ağlamaz
15.05.2012 - 23:04
Ölkə çempionatının I divizionundan elitaya yüksələn klubların lisenziya ala bilməməsinin səbəbləri bəlli olub. Apasport.az saytının xəbərinə görə, çempion "Qaradağ Lökbatan", eləcə də ondan sonrakı mövqelərdə qərar tutan komandalar AFFA tərəfindən Premyer Liqaya buraxılmadı.
Belədə mövsüm ərzində çəkdiyi əziyyət boşa gedən klublar apelyasiya şikayəti verə bilərdilər.
Ancaq təyin olunan 10 günlük müddət də başa çatdı, bununla belə, "Sumqayıt"ı əvəz etmək, "Turan"la pley-offda oynamaq istəyən gözə dəymir. "Qaradağ Lökbatan" rəhbərliyi hər nə qədər AFFA-nı tənqid edib futbolçularının əziyyətinin yerə vurulduğunu bildirsə də, indi bəlli olur ki, günahkar elə özləri imiş.
Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, əslində, I divizionda mübarizə aparanlar işlərini həqiqətən peşəkar səviyyədə qura bilməyiblər. Elə çempion olan "Qaradağ Lökbatan" indiyə kimi "Neftçi" İSM-in (komanda əvvəl məhz belə adlanırdı - red.) balansından çıxmayıb və hüquqi şəxs kimi qeydiyyatdan keçməyib.
Bu isə lisenziyalaşdırma proqramına zidd olduğu üçün AFFA tam haqlı olaraq onlara elitada iştiraka icazə verməyib.
Elə buradan da görünür ki, mövsüm ərzində futbolçuların çəkdiyi əziyyəti AFFA yox, klub rəhbərliyi özü ayaq altına atıb.

0
0