Milli komandamız Rumıniyaya uduzdu
15.05.2012 - 22:12
17 yaşadək futbolçulardan ibarət yığmalar arasında Moldovanın Kişinyov şəhərində təşkil olunan "FA of Moldova Cup" turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, turnirdə qüvvəsini sınayan Azərbaycan yığması da ilk matçına çıxıb.
Dairəvi sistemlə keçirilən turnirdə millimizin rəqibləri Rumıniya, Moldova və Bolqarıstandı. Komandamız ilk oyununu Rumıniyaya qarşı keçirib. Təbriz Həsənovun yetirmələri iki dəfə hesabda önə keçdikləri görüşü məğlub başa vurublar. Yığmamızın qollarını Təyyar Məmmədov və Fəhmin Muradbəyli vurub.
Bu oyunla eyni vaxtda meydan sahibləri Bolqarıstanla münasibətlərinə aydınlıq gətiriblər. Moldovalılar 1:0 hesabıyla üstün olublar.
Komandamız növbəti oyununu mayın 17-də Moldovaya qarşı keçirəcək. Bolqarıstanla qarşılaşma isə ayın 19-da baş tutacaq.

0
0