“Hər nə qədər hakimlik barədə fikir bildirmək istəməsəm də...”
15.05.2012 - 22:15
“Hər nə qədər hakimlik barədə fikir bildirmək istəməsəm də...”
“FA of Moldova Cup” turnirində Rumıniya ilə oyundan (3:2) sonra milli komandamızın baş məşqçisi Təbriz Həsənov fikirlərini bildirib. Apasport.az saytının xəbərinə görə, Həsənov rəqibdən daha yaxşı oynadıqlarını bildirib: “Məğlub olsaq da, hesab edirəm ki, rəqibimizdən üstün oynadıq. Əlbəttə, buraxdığımız qollarda müəyyən səhvlərə yol verdik. Bununla belə, Rumıniya yığmasından pis təsir bağışlamadıq. Hər nə qədər hakimlik barədə fikir bildirmək istəməsəm də, bəzi məsələləri qeyd etməmək olmur. Bu gün tam qaydalar çərçivəsində vurulmuş 1 qolumuz hesaba alınmadı. Üstəlik, Rumıniya yığmasının qapısına penalti təyin olunmalı epizodda hakimin fiti susdu”.