Türkiyə kubokunun finalında darmadağın! - YENİLƏNİB
16.05.2012 - 23:24
Türkiyə kubokunun finalında darmadağın! - YENİLƏNİB
Türkiyə kubokunun sahibi müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, Ankarada "19 Mayıs" stadionuna baş tutan həlleldici oyunda "Fənərbaxça" "Bursaspor"la qarşılaşıb.

Bunadək 4 dəfə (1968, 1974, 1979 və 1983-cü illərdə) kuboka sahib çıxmış “Fənərbaxça” növbəti titulunu darmadağınla qazanıb. Hər hissədə 2 qol vurmaqla, 4:0 hesablı qələbəyə sevinən İstanbul təmsilçisinin futbolçuları beşinci dəfə ölkə kubokunu başı üzərinə qaldırıblar. Bununla, “sarı bülbüllər” 29 illik fasilədən sonra Türkiyə kubokuna sahib çıxıblar.

TÜRKİYƏ
Ölkə kuboku, final (Ankara)
“Fənərbaxça” – “Bursaspor” – 4:0

Caner, 1; kristian Baroni, 44; Semih Şəntürk, 59; Aleks, 78