Tuncay Şanlı yuvaya qayıdır
15.05.2012 - 23:21
"Bolton"un türkiyəli futbolçusu Tuncay Şanlı karyerasını yenidən ölkəsində davam etdirə bilər. Apasport.az saytının xəbərinə görə, yarımmüdafiəçi ilə sabiq komandası "Fənərbaxça" yaxından maraqlanır.
İngiltərədə mövsümü 18-ci pillədə başa vurmaqla Premyer Liqa ilə vidalaşan "Bolton"dan ayrılmağı planlaşdıran Tuncay yenidən "Fənərbaxça"ya qayıtmaq istədiyini açıqlayıb. 30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanacağı iddia olunur.
Qeyd edək ki, 2002-2007-ci illərdə "Fənərbaxça"da çıxış edən Tuncay keçirdiyi 154 oyunda 59 qola imza atmışdı.

0
0