“Futbolçuların ölkə üçün çıxış etdiklərini anlamaları vacibdi” - MÜSAHİBƏ
15.05.2012 - 23:07
Avropa çempionatından sonra postunu tərk edəcək Rusiya yığmasının baş məşqçisi Dik Advokat geniş müsahibə verib. Apasport.az saytının xəbərinə görə, hollandiyalı mütəxəssis qitə birinciliyi zamanındakı və ondan sonrakı planları barədə danışıb.
- Hollandiya PSV-si ilə müqaviləniz iyulun 1-dən qüvvəyə minir. Əgər Rusiya yığması AÇ-in finalına çıxsa, nə edəcəksiz?
- RFİ ilə olan müqaviləmi sona kimi işləmək üçün əlimdən gələni edəcəm və PSV ilə işlərimi qaydasına salmağa çalışacam.
- Diniyar Bilyaletdinovu milli komandaya çağırmamağınızın, bununla belə, yığmada uzun müddətdi oynamayan Marat İzmaylova dəvət göndərməyinizin səbəbi nədi?
- Diniyar son vaxtlar "Everton" və "Spartak"da o qədər də yaxşı görünmürdü. İzmaylov isə "Sportinq"də özünü çox gözəl göstərdi və bu çağırışa layiq idi.
- Nəyə görə RFİ ilə müqavilənizi uzatmamaq qərarına gəldiz?
- Hər şey belə alındığı üçün çox məyusam. Federasiya ilə 2+2 sisteminə əsasən müqavilə imzalamışam və orada işimizin sonrakı inkişafını bu ilin aprelinə kimi həll edəcəyimizlə bağlı şərt yer alırdı. Bu qərara hörmətlə yanaşıram. Federasiya AÇ-nin sonunu gözləmək istədi. Həmin vaxta kimi həm klublar, hə də yığma artıq özlərinə yeni məşqçilər tapmış olardılar. Ona görə də gözləyə bilmədim.
- Rusiya yığmasından gedişiniz "Zenit"dən gedişiniz qədər təsirli olacaqmı?
- "Zenit"lə olan əhvalat başqa cür idi. Onda mən əldə etdiyimiz bunca mükafatlardan sonra necə ayrıldığımıza təəccübləndim. İndi fikrimizi AÇ-yə hazırlığa yönəltməliyik.
- Komandanın iştirak ərizəsində 3 qapıçı var, onlardan hansı əsas olacaq?
- Akinfeyev zədə almayanadək əminliklə onun olacağını deyə bilərdim, lakin indi baxmaq lazımdı.
- Bu mövsümdə gənc müdafiəçilər Taras Burlak və Vladimir Rıkov özünü yaxşı göstərdi. Nəyə görə üstünlüyü Roman Şaronova verdiz?
- Burlakı izlədik, ona AÇ-nin iştirak ərizəsinə daxil ediləcək namizəd kimi baxılırdı. Lakin çempionatın son matçlarında başlanğıcda olduğu kimi o qədər də yaxşı görünmədi. Zədə üzündən Vasili Berezutski oynaya bilməsə, hər ehtimala qarşı bizə təcrübəli oyunçu lazımdı.
- Final siyahısına kimin düşəcəyini artıq özünüz üçün müəyyən etmisiz?
- Əgər kimin daxil olacağını bilsəydim, onda onu səsləndirərdim. Lakin indi 26 oyunçu var, özlərini təlim-məşqlərdə necə apardıqlarına baxacağıq, iştirak ərizəsi ilə bağlı son qərarı yalnız bundan sonra elan edəcəyik.
- Son vaxtlar Sergey Semak "Zenit"də çox gözəl görünürdü. Onun milli komanda üçün çağırılma ehtimalına baxmısız?
- Müdafiədən fərqli olaraq, orta xətdə bu cür problemim yoxdu.
- 26 nəfərdən başqa yığmanın heyətində daha kimsə peyda ola bilərmi?
- Fikrimcə, yox.
- Zədəli futbolçularla bağlı vəziyyət necədi?
- İqnaşeviç premyer-liqanın son turunda artıq MOİK-in heyətində oynayıb. Bu həftə bəzi futbolçular Rusiyanın ikinci yığması ilə məşq edəcək. Həkimimiz klub həkimi ilə daim əlaqədədi. Həftənin sonuna kimi vəziyyətə tam şəkildə aydınlıq gəlməlidi.
- Dzyubanın AÇ-yə getmək şansı necədi?
- O, çox ümid verən oyunçudu və "Spartak"da yaxşı çıxış edir. "Lokomotiv"ə qarşı son görüşdə də çox gözəl oynadı. "Spartak" bu mövsümdə çoxlu əcnəbi futbolçular aldı, lakin Dzyuba yenə də meydana çıxdı. Bu, çox şeydən xəbər verir.
- Yaxınlarda Hollandiyada olduz, onlar AÇ-nin 1/4 finalında rəqibimiz ola bilər. Orada Rusiya komandasını izləyirlər?
- Yəqin ki, hə. Həm hollandiyalı, həm də rusiyalı jurnalistlər Avropa çempionatında çıxış edən bütün yığmaları izləyir.
- Yığmanın 3-cü qapıçısının seçimində nəyə görə gənc Anton Şuninə üstünlük verdiz?
- Artıq uzun illərdi ki, "Dinamo"da oynayır və eyni zamanda Qabulovla birlikdə olanda da komandada oynayırdı. Vladimirlə bağlı qərar çətin idi, çünki Danimarka ilə dueldə çox gözəl görsənirdi.
- AÇ-də yığmanın kapitanı Andrey Arşavin olacaq?
- Hə.
- Rusiyada məşqçilik karyeranızın artıq sona çatdığını dərk etmək ağır gəlmir?
- Həmişə fikrimi hazırkı anda əlimdə olan işə yönəldirəm. Klub karyerası barədə sonra düşünürəm. Bu şəraiti mənim yaratmadığımı hamı anlamalıdı.
- Qrupda ən çətin rəqib kim olacaq?
- Polşa komandası üstünlüyə malikdi, ona görə ki, evdə çıxış edir. Buna əlavə olaraq, onların Dortmund "Borussiya"sında oynayan 3 futbolçusu var. Hər 3-ü də çox çətin rəqibdi.
- AÇ-nin favoriti kimi adlandırardız?
- Fikrimcə, Hollandiya, İspaniya və Almaniya qələbəyə iddialı ola bilərlər. Əgər bacardığımız futbolu oynaya bilsək, biz də favorit olacağıq. Eyni şey 2004-cü ildə Yunanıstanla da baş vermişdi.
- Rusiya mütəxəssislərdən hansı sizin davamçınız ola bilər?
- Buna görə mən cavabdeh deyiləm. Mümkün davamçılarım barədə danışanda nədənsə Anatoli Borodyukun soyadını eşitmirəm. O, əvvəlcə top-məşqçilərdən biri ilə 4 il, sonra isə mənimlə 2 il işlədi.
- Yetirmələrinizlə görüşdüyünüz zaman onlara ilk növbədə nə deyəcəksiz?
- Qapıçılar üzrə yeni məşqçimiz Sergey Ovçinnikovu təqdim edəcəm. Fiziki hazırlıq üzrə bizə Raymond Verheyen kömək edəcək. Birinci gün çətin ki, emosional nəsə deyim. Bunun çox vacib turnir olduğunu anlamaq lazımdı. Bu, komandamızın nə dərəcədə səviyyəli olduğunu göstərmək üçün şansdı. Oyunçuların məşqçi üçün deyil, ölkə üçün çıxış etdiklərini anlamaları vacibdi. Əlavə motivasiya axtarmaq lazım deyil.
- İndi Rusiya yığması üçün minimum proqram nədi?
- Geridə hələ uzun mövsüm var. Məqsədimiz hamını ümumi formaya salmaqdı, bizə bunda Verheyen kömək edəcək.
Sport Ekspress qəzeti

0
0