Ən vacib görüş
15.05.2012 - 23:36
Ən vacib görüş
"Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi Çempionlar Liqasının finalında qarşılaşacaqları "Çelsi" ilə oyunu dəyərləndirib. Apasport.az saytının xəbərinə görə, "Kicker"ə danışan fransalı bu matçın karyerasının ən vacib görüşü olacağını bildirib: "Təbii ki, futbolda dünya və Avropa çempionatları kimi mötəbər turnirlərin oyunları daha böyük marağa səbəb olur. Ancaq mənim üçün "Çelsi" ilə keçirəcəyimiz final matçı karyeramın ən vacib görüşü olacaq. Bu oyun 2010-cu ildə "İnter"lə oynadığımız final görüşündən (0:2) daha əhəmiyyətlidi. "Çelsi" ilə oyuna çox ciddi hazırlaşırıq və qələbə qazanacağımıza inanıram".

Qeyd edək ki, "Bavariya" - "Çelsi" matçı mayın 19-da Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.