Milli komandamıza qol vurdu, “Latsio”dan təklif aldı
16.05.2012 - 08:30
Türkiyə milli komandasının futbolçusu Burak Yılmaz karyerasını İtaliyada davam etdirməyə yaxındır. Apasport.az saytının məlumatına görə, “Latsio”nun rəhbərliyi “Trabzonspor”un 26 yaşlı hücumçusu ciddi maraq göstərir. Son çempionatda 4-cü yeri tutan Roma klubu gələn mövsüm Avroliqada çıxış edəcək. Yılmaz son Türkiyə çempionu “Qalatasaray”a keçidə yaxın olsa da, “Latsio” hücumçu uğrunda mübarizədə ciddi rəqabət yaratmağa qadirdir.
Qeyd edək ki, 32 qolla Türkiyə Superliqasının son mövsümünü bombardiri olan Burak ötən seçmə mərhələdə milli komandamızla ev oyununda (1:0) qələbə topunun müəllifi olub.
Qeyd edək ki, 32 qolla Türkiyə Superliqasının son mövsümünü bombardiri olan Burak ötən seçmə mərhələdə milli komandamızla ev oyununda (1:0) qələbə topunun müəllifi olub.
0
0