“Yığmaya çağırsalar, qaça-qaça gedərəm”
16.05.2012 - 08:44
Avro-2012-nin final mərhələsi ərəfəsində ciddi hücumçu problemi ilə üzləşən İspaniya milli komandası əfsanəvi Raulun xidmətindən yararlana bilər. Apasport.az saytının məlumatına görə, Qətərin “Əl-Səəd” klubu ilə anlaşan 35 yaşlı hücumçu yığmanın ön xəttindəki problemi həll etməyə hazırdır.
Raulun öz oyunu ilə milliyə çağırılmağı haqq etdiyini bildirən baş məşqçi Visente del Boskenin fikirlərinə münasibət bildirən forvard Avro-2012 iddiasını açıqlayıb: “Əgər məni milliyə çağırsalar, qaça-qaça gedərəm. Əgər çağırası olmasalar isə hər bir digər azarkeş kimi futbolçularımızı dəstəkləyəcəyəm”.

0
0