Yunis Hüseynovun gözləri qarşısında dubl etdi - FOTO
16.05.2012 - 09:31
Yunis Hüseynovun gözləri qarşısında dubl etdi - FOTO
“Xəzər Lənkəran” daha bir rumıniyalı futbolçu transfer edə bilər. Apasport.az saytının məlumatına görə, Rumıniya mətbuatı hazırda “Panduri”nin şərəfini qoruyan Valentin Lemnarunun “ağ-yaşıllar”ın maraq dairəsinə düşdüyünü iddia edir.

Lənkəran təmsilçisinin nümayəndələri - baş məşqçi Yunis Hüseynovla komandanın rəisi Səməd Mustafayev mayın 13-də keçirilən “Rapid” – “Panduri” qarşılaşmasını da izləyib. 2:2 hesabı ilə bitən qarşılaşmada qonaqların hər 2 qolunu vuran Lemnaru həmyerlilərimizin diqqətini cəlb edib. O, 34 və 71-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, 28 yaşlı hücumçu karyerası ərzində Rumıniyanın bir çox klublarında, o cümlədən, Buxarest “Dinamo”sunda oynasa da legioner karyerası yaşamayıb.