Dünya çempionatı ilə bağlı foruma yekun vuruldu - FOTOSESSİYA
16.05.2012 - 10:38
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin dəstəyi ilə “Sağlam Düşüncə” Gənclər Təşkilatı tərəfindən keçirilən Abşeron Gənclər debat forumuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Qadın futbolu inkişafının cəmiyyətə mənfi və müsbət təsirləri” mövzusunda təşkil olunan tədbir Sumqayıt şəhəri “Uşaq və gənclərin yaradıcılıq mərkəzi”ndə yekunlaşıb.
Məktəblər arasında təşkil olunmuş debat forumuna tamaşaçı qismində dövlət rəsmiləri, məktəb direktorları və şagirdlər qoşulub. 10 ən yaxşı natiq, 1 ən yaxşı məşqçi nominasiyalarının sertifikat və medal ilə təltif edildiyi forumda qələbə qazanan komanda kubokla mükafatlandırılıb. Qalib komandaya kuboku FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi talismanı “Top Top Qız” təqdim edib.
Forumda iştirak edən FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin nümayəndələri iştirakçı və izləyicilərə dünya çempionatı haqqında qısa məlumat verib, uğurlar diləyib və qaliblərə DÇ-nin hədiyyə paketlərini təqdim ediblər.
Mənbə: affa.az

0
0