“Onun “Xəzər Lənkəran”a keçidi haqda niyə danışım ki?”
16.05.2012 - 10:55
“Onun “Xəzər Lənkəran”a keçidi haqda niyə danışım ki?”
“Oyun zamanı “Xəzər Lənkəran” rəsmilərinin tribunada olmasından xəbərim yox idi. Amma onu deyə bilərəm ki, Valentin Lemnaru ilə bağlı konkret təklif almamışıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Panduri” klubunun prezidenti Eugen Parvulesku deyib.

Rumıniya mətbuatında “Panduri”nin futbolçusu Valentin Lemnarunun “Xəzər Lənkəran”a keçə biləcəyi barədə xəbərlər yayılıb. Buna münasibət bildirən klub rəhbəri cənub təmsilçisi nümayəndələri ilə görüşmədiyini bildirib: “Təklif masamın üstündə olmayınca, bu haqda danışmaq fikrim yoxdur. Niyə də danışmalıyam ki? Lemnaru hələ Rumıniya futbolunda son sözünü deməyib. Təsadüfi deyil ki, cari mövsümdə 1 çempionatda vurulan qollar üzrə şəxsi rekordunu qırdı”.

Qeyd edək ki, Lemnaru cari mövsüm 8 qol vurub.