Ceyhun Sultanov: Bakı klublarında oynamaq istəyirəm – MÜSAHİBƏ
16.05.2012 - 11:11
“Kəpəz” klubunun yarımmüdafiəçisi Ceyhun Sultanovun apasport.az saytına müsahibəsi
- Öncə başa çatan mövsümlə bağlı fikirlərinizi bilmək istərdik...
- Mənim üçün çempionat maraqlı olmadı. Bəlkə də ikinci “altılıq”da oynadığımıza görə belə alındı. Əsas məqsədimiz Premyer Liqada yerimizi qorumaq idi ki, bunun da öhdəsindən gəldik.
- Çempionata pis başlamasanız da, sonadək davam gətirə bilmədiz. Bu nə ilə bağlı idi?
- Potensialımız digər iddialı klublarla müqayisədə aşağı idi. Bu da sona qədər yaxşı mübarizə aparmağımıza imkan vermədi. Əsas problem bununla bağlıdır.
- Amma heyətinizdəki legionerlərin sayı da az deyildi...
- Bir-ikisini çıxmaq şərti ilə digərləri zəif oynadılar. Yaxşı mənada fərqlənənlərdən Yuri Fomenkonu, Nikolay Svejentsevi qeyd edə bilərəm.
- Yeri gəlmişkən, sonuncu turda “Simurq”la keçirilən oyundan əvvəl komandanın düşərgəsini tərk etməyiniz nə ilə bağlıdır?
- Komanda çempionatdakı yerini təmin etmişdi. Həmin vaxt özümü pis hiss edirdim. İcazə alıb, evə getdim.
- Ardıcıl 2 mövsümdür əyalətdə oynayırsız. Bu amil darıxmağınıza səbəb olmur?
- Gəncədə hər cür şərait yaradıblar. Problem yoxdur. Sadəcə, arada ailəm üçün darıxıram.
- Ailənizi Gəncəyə niyə aparmırsınız?
- Uşaq məktəbə gedir, ona görə. Yoxsa onları da özümlə aparardım.
- Transferlə bağlı nə yenilik var?
- Hələlik konkret nəsə yoxdur. Evdə oturmuşam və heç bir klubla da anlaşmamışam.
- Mövsümboyu komandanızı dəyişəcəyiniz haqda xəbərlər yayılırdı. Hansısa klubla danışığınız olub?
- Mənim danışdığım bir klub var. Amma ad deməyəcəm. Haqımda yazılanların böyük əksəriyyəti yalandır. Sadəcə, bir komanda ilə görüşüm olub.
- Deməli, “Kəpəz”ə dönməyəcəyiniz dəqiqdir...
- Ola bilsin “Kəpəz”də qalım. Hər cür variant reallaşa bilər. Əslində, paytaxt təmsilçilərindən birində oynamaq istəyirəm. Hələ komandaların əksəriyyətində kimin gedib, kimin qalacağı dəqiqləşməyib. Yaxın 10 gün ərzində hər şey bilinəcək.
- Yəqin ki, danışıq apardığınız klubda maliyyə şərtləri daha yaxşıdır.
- Hər şey pulla bağlı deyil. Düzdür, həmin komandada maliyyə yüksək olacaq. Ancaq insan gərək elə seçim etsin ki, pula görə gedib kənarda qalmasın. Karyeramı oynaya-oynaya bitirmək istəyirəm. Ona görə maliyyəni əsas tutmuram.
- İstirahətinizi harada keçirməyi planlaşdırmısız?
- İyunun 5-də rayonlardan birinə yollanacam. Ayın 10-da isə ailəmlə birgə Antalyaya gedəcəm.

0
0