“Mən Yunis Hüseynovam, adım var”
16.05.2012 - 11:54
“Facebook”dakı Yunis Hüseynov mən deyiləm. Kimsə adımdan istifadə edərək, lazımsız şeylər yazıb”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.
47 yaşlı çalışdırıcı məşhur “Facebook” sosial şəbəkəsində Yunis Hüseynov adı ilə yaradılan profildə haqqında yazılan status və rəylərdən narazıdır.
Məsələyə saytımız vasitəsilə aydınlıq gətirən Hüseynov az öncə Rumıniyadan qayıtdıqdan sonra azarkeşlərdən aldığı təbrikləri təəccüblə qarşılayıb: “Guya azarkeşlərdən “Facebook”da məni təbrik etməyi istəmişəm. Bu, doğru deyil. Əvvəla, mənim “Facebook”dan başım çıxmır. Belə olan halda, həmin saytda necə ola bilərəm? Əvvəllər də eşitmişdim ki, kimsə adımdan istifadə edərək, şəklimi yerləşdirib. İndi isə heç kimə yaraşmayan hərəkətin şahidi olmuşam. Məni yaxşı tanıyırsınız, heç vaxt ucuz reklam dalınca qaçmamışam. Mən Yunis Hüseynovam, adım var. Həmin adamı tanımıram”.
Hüseynov üçün azarkeşlərin onun mobil telefon nömrəsini necə bilməyi qaranlıq imiş. Sonradan öyrənib ki, onun adından xoşagəlməz şeylər yazan həmin şəxs telefon nömrəsini qoyubmuş: “Nömrəmin “Facebook”da, qəzetdə yazıldığını gördüm. Məsələnin üstünə düşdüm. Mənə dedilər ki, artıq yazılanları çıxardıblar. Ancaq artıq gecdir, gərək telefon nömrəmi dəyişim. Əslində, bunu istəməzdim. Çünki bu nömrə məndə çoxdan, hələ futbol oynadığım vaxtdandır. Hamı məni bu nömrə ilə tanıyır. Ancaq xoşagəlməz şeylər yazıldığından, bunu etməyi məcburam”.
Mehman SÜLEYMANOV

0
0