Biri “qızıl dubl”, biri titul iddiasında
16.05.2012 - 13:02
Sabah Azərbaycan futbolunda 2011/12 mövsümünə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, mövsüm “Neftçi” və “Bakı” arasındakı ölkə kubokunun final matçı ilə yekunlaşacaq. Saat 20:00-da başlayacaq həlledici qarşılaşma bu turnirin tarixində ilk dəfə “Dalğa Arena”da keçiriləcək.
Əslində, final avrokuboklara vəsiqə baxımından önəmli sayılır. Ancaq indiki matçla bağlı vəziyyət tam fərqlidir. Çünki hər 2 paytaxt təmsilçisi hələ bu oyunadək qitə miqyaslı turnirə vəsiqə qazanıb. Özü də “Neftçi”nin Çempionlar Liqasında, “Bakı”nın Avroliqada oynayacağı məlumdur. “Zolaqlılar” kubok qaydalarına əsasən finalda çempionla qarşılaşacağından, avtomatik Avropaya vəsiqəni rəsmiləşdirib.
Bu səbəbdən də Bakı finalı vəsiqə yox, titul baxımından önəmlidir. Aydın məsələdir ki, “Neftçi” kuboku da qazanıb, mövsümü “qızıl dubl”la başa vurmaq istəyindədir. Ümumiyyətlə, “ağ-qaralar”ın sonuncu dəfə kubokun qalib olmağından artıq 8 il keçir. Maraqlıdır ki, “Neftçi” həmin 2003/04 mövsümünü məhz “qızıl dubl”la başa vurmuşdu.
“Bakı” isə ayrı-ayrı illərdə 2 dəfə çempionluq və kuboku qazansa da, hər ikisinə bir mövsümdə sahib olmayıb. Son 2 çempionatı 6-cı yerdə başa vuran “zolaqlılar” mövsümü titulla başa vurmaq şansından maksimum istifadə etməyə çalışacaq.
“Neftçi” ilə “Bakı” ayrı-ayrı vaxtlarda finala çıxsalar da, həlledici matçda ilk dəfədir üzləşəcəklər. Çempion kuboku 4 dəfə qazanmaqla, “Kəpəz” kimi ən çox qaliblərindəndir. “Bakı” isə 2 dəfə - 2005 və 2010-cu illərdə kuboka sahib çıxıb.

0
0