Rendal Brenesdən yeni xəbər
16.05.2012 - 13:53
Qvatemala ilə 2 yoldaşlıq oyunu keçirəcək Kosta-Rika yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycanda çıxış edən 2 futbolçudan yalnız 1-i bu qarşılaşmalara dəvət alıb.
Bu, “Xəzər Lənkəran” klubunun hücumçusu Rendal Brenesdir. O, mayın 26-da və iyunun 1-də keçiriləcək yoxlama matçında Qvatemalaya qarşı oynamaq imkanı qazanacaq. “Bakı”nın üzvü Uinston Parks isə bu matçlara çağırılmayıb.
Hər iki futbolçunun mayın 28-də açıqlanacaq yığmanın növbəti siyahısında yer alması mümkündür. Həmin gün açıqlanacaq heyət iyunun 8-də Salvador, 12-də Qayanaya qarşı DÇ-2014-ün seçmə oyunlarına dəvət olunacaq.

0
0