“Araz” çempion! - YENİLƏNİB
16.05.2012 - 17:40
“Araz” çempion! - YENİLƏNİB
Bu gün futzal üzrə Azərbaycan çempionunun adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ölkə çempionatında eyni xal toplayan “Neftçi” İSM və “Araz” çempionu “Qızıl oyun”da müəyyənləşdirməli olublar.

“ABU Arena”da keçirilən qarşılaşma səviyyə fərqinin böyük olduğunu göstərib. Belə ki, son 7 ilin dəyişməz çempionu “Araz” rəqibinin “dərsini” darmadağınla verib – 8:2. Bununla da 2005-ci ildən Azərbaycan futzalında hegemonluğa başlayan Naxçıvan təmsilçisi ardıcıl 8-ci dəfə çempionatın ən yaxşısı olub.

“ARAZ” – “NEFTÇİ” İSM - 8:2
Qollar: Renatinyo, 3, Jadder Dantas, 8, 38, 40, Felipe, 17, Namiq Məmmədkərimov, 20,27, Vitali Borisov, 35 - Fərid Atakişiyev, 5, İlkin Hacıyev, 36