Fatih Kavlak: Çətin vəziyyət yaranıb – MÜSAHİBƏ
16.05.2012 - 15:02
“Qəbələ” klubunun türkiyəli baş məşqçisi Fatih Kavlakın apasport.az saytına müsahibəsi
- Rəhbərlik işinizdən razı qaldığı üçün sizinlə müqaviləni daha 1 il müddətinə artırdı. Bunu gözləyirdiniz?
- Həmişə deyirdim ki, gələcək taleyimi rəhbərlik dəyərləndirəcək. Ötən mövsümün bizim üçün uğurlu olub-olmadığına onlar qiymət verməli idi. Mənə görə uğurlu, rəhbərliyə görə uğursuz ola bilərdi. Yenidən mənə etimad göstərdilər. Çıxarılan qərarla yolumuza davam edəcəyik və bu, mənim üçün sevindirici haldır. Ancaq digər tərəfdən, çətin vəziyyət yaranıb. Artıq komandanın uğurlu çıxışına çalışmaq lazımdır.
- Rəhbərlik qarşıya çempionluq və kuboku qazanmaq vəzifəsi qoyub. “Qəbələ” bu iddiaları reallaşdırmaq gücündə olacaq?
- İnşallah. Həmişə hədəfə çatmağa çalışırıq.
- Artıq diqqətinizi hazırlıq planlarına yönəltmisiniz. Bu haqda nə deyə bilərsiniz?
- Hazırlığın birinci mərhələsi Qəbələdə olacaq. Gələn ayın sonunda bir araya gələcəyik. Bildiyiniz kimi, Qəbələdə yaxşı hazırlaşmaq üçün hər cür imkan var. İkinci mərhələdə isə yoxlama oyunları keçirmək üçün Avropaya gedəcəyik.
- Konkret hansı ölkəyə?
- Baş menecerimiz Zaur Əzizov hazırda bu məsələlərlə məşğuldur.
- Hansı variantlar var? Ötən yay olduğu kimi, yenə Londonda toplanış ola bilər?
- Yox. Avstriya variantı var.
- Avropaya səfər nə vaxt nəzərdə tutulub?
- Bu, otelin durumundan, planlarımızdan asılıdır. Ancaq Avropada 12-14 gün qalmağı nəzərdə tutmuşuq. İyulun ortasına qədər səfərə çıxacağıq.
- Heyətlə bağlı məsələlər daha çox maraq doğurur. Komandanızdan gedənlərin adları açıqlanır. Bunun davamı olacaqmı?
- Bəli. Vaxtı gəldikcə adlarını açıqlayacağıq. İndi bunu etmək məqsədəuyğun olmazdı. Hamısını birdən açıqlamağı düşünürük.
- Gedənlərlə bağlı məsələyə nə vaxt tam aydınlıq gələcək?
- Mayın sonuna kimi.
- Mahir Şükürovla müqavilənin qarşılıqlı razılıqla pozulması rəsmən açıqlanıb. Bu, futbolçu, yoxsa siz tərəfdən gəldi?
- Qarşılıqlı şəkildə belə anlaşdıq ki, müqaviləni pozaq.
- O, hansı komandaya keçəcəyi ilə bağlı bir söz demədi?
- Mahir artıq “Qəbələ”nin futbolçusu deyil. Onun karyerasını harada davam etdirəcəyi ilə bağlı bilgim yoxdur.
- Kapitanın gedişi komandaya nə dərəcədə təsir edəcək?
- Mövsümlərarası fasilədə gedən-gələn futbolçular olacaq. İnşallah, hər şey bizim üçün yaxşı nəticələnər. “Qəbələ”nin daha yaxşı komanda olmağı üçün çalışırıq. Önəmli futbolçu yox, komandadır. Bu üzdən gedənlərlə bağlı problem olmayacaq.
- Hansı mövqelərin güclənməyinə ehtiyac var?
- Hücuma, müdafiəyə, qapıya transferlərlə bağlı variantları nəzərdən keçiririk. Bildiyiniz kimi, Pavel Doroşevi göndərdik və bizə yeni qapıçı lazımdır.
- Şotlandiyalı qapıçı Qrem Smitin müqaviləsi bitir. Onun qalmağı nəzərdə tutulub?
- Hələ bu haqda məlumat vermək istəməzdim.
- Millimizin də üzvü olan Anar Nəzirov ötən mövsümü icarə əsasında “Turan”la keçirdi. Yəqin ki, komandaya qapıçı lazım olduğundan, icarəsi bitdiyi üçün onu qaytaracaqsınız...
- Bəli. O, bizim sıralarımıza dönəcək.

0
0