“Everton”un futbolçusu “Neftçi”də
16.05.2012 - 16:38
“Everton”un futbolçusu “Neftçi”də
Azərbaycan yığmasının futbolçusu Araz Abdullayev Çempionlar Liqasının təsnifat mərhələsinin oyunlarında “Neftçi”nin şərəfini qoruyacaq. Apasport.az saytının məlumatına görə, müqavilə ilə İngiltərənin “Everton” klubuna məxsus olan 20 yaşlı yarımmüdafiəçi icarə əsasında “ağ-qaralar”a kömək edəcək.

Qeyd edək ki, Abdullayev son yarım ili icarə əsasında Yunanıstanın “Panionios” klubunda keçirib.