UEFA Azərbaycana şans verdi
16.05.2012 - 16:47
UEFA-nın 2020-ci il Avropa çempionatının final mərhələsini (Avro-2020) keçirməyə iddialı olan milli assosiasiyalara verdiyi vaxt başa çatıb. Apasport.az saytının məlumatına görə, buna baxmayaraq, qitə futbol qurumu iştirak ərizələri üçün qoyduğu son tarixin müddətini uzadıb.
Bu səbəbdən Azərbaycan da daxil olmaqla, UEFA-nın üzvü olan 53 assosiasiyanın hələ 18 ay vaxtı olacaq.
Öncədən Türkiyə, Gürcüstan və birgə namizədliyini verən Böyük Britaniya təmsilçiləri – Şotlandiya, Uels və İrlandiya bu nüfuzlu yarışı təşkil etmək istədi. Azərbaycan isə Gürcüstanla birgə turniri keçirmək istəsə də, AFFA sonradan namizədliyini verməmək qərarına gəldi.
Ancaq UEFA-nın vaxtı uzatmağı ilə bizim üçün yeni şans yaranıb. Özü də həmin 53 milli assosiasiya final mərhələsinə namizədliyini verə bilər.
Namizədlər 18 ayda dosyelərini hazırlaya biləcəklər ki, dəqiq qrafik növbəti ayda müəyyənləşəcək. Belə ki, buna UEFA-nın İcraiyyə Komitəsinin iyunun 30-da Kiyevdə keçiriləcək iclasında baxılacaq. Meydan sahibi ilə bağlı son qərar isə 2014-cü ilin əvvəlində veriləcək.

0
0