“Xəzər Lənkəran”da yarpaq tökümü
16.05.2012 - 23:01
Mövsüm başa çatdıqdan sonra hələlik yalnız rumıniyalı mərkəz müdafiəçisi Manuel Skarlatake ilə anlaşan “Xəzər Lənkəran”ı tərk edəcək futbolçular müəyyənləşib. Apasport.az saytının əldə etdiyi xəbərə görə, baş məşqçi Yunis Hüseynov 4 futbolçunu sərəncamında görmək istəmir.
“Qara siyahı”ya düşən həmin futbolçulardan üçü “ağ-yaşıllar”ın sabiq çalışdırıcısı Mirça Rednikin, biri isə türkiyəli Cüneyt Biçərin vaxtında transfer edilənlərdi.
Rumıniyalı mütəxəssisin 2010-cu ilin yayında özü ilə Lənkərana gətirdiyi yarımmüdafiəçi Katalin Doman bundan sonra cənub təmsilçində oynamayacaq. Onun həmyerlisi, ötən ilin qışından “ağ-yaşıl” formanı geyinən müdafiəçi Andrey Mureşan da Hüseynova lazım olmayıb.
Rednikin güvəndiyi daha bir futbolçu - ötən yay “Xəzər Lənkəran”la müqavilə bağlayan portuqaliyalı hücumçu Antonio Semedo da özünə yeni komanda axtarmalıdı.
“Qara siyahı”ya düşən digər futbolçu isə gəldiyi gündən Premyer Liqa üzünə həsrət qaldı. Bu, gününü daha çox əvəzedici komandada keçirən malili yarımmüdafiəçi Salif Ballodur. 24 yaşlı legioner qışda sabiq baş məşqçi Biçərin tapıntılarından biri idi.

0
0