“25 ildir mənə zülm edirlər”
16.05.2012 - 23:00
“25 ildir mənə zülm edirlər”
Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vəsl” klubunun baş məşqçisi Dieqo Maradona vaxtilə intihar haqda düşündüyü barədə açıqlama verib. Apasport.az saytının xəbərinə görə, o, futbolçu kimi “Napoli”də çıxış edən zaman vergi borcları səbəbindən bu addımı atmaq istədiyini bildirib: “Heç kim mənim bu vəziyyətimi yaxşı başa düşə bilməz. 25 ildir mənə zülm edirlər. Şəxsiyyətimi, futbolçu nüfuzumu ayaqlar altına ataraq, məni günahkar elan etdilər. Məhz buna görə də bir ara hətta intihar da etmək istəmişəm”.

Xatırladaq ki, Maradona 1984-1991-ci illərdə “Napoli”də çıxış edərkən İtaliya hökumətinə təxminən 40 milyon avro vergi borcunu ödəməyib.